EN

“Türkiyə mənim püşkatmada qaçmaq istədiyim tək komanda idi”

Macarıstan millisinin baş məşqçisi Marko Rossi Millətlər Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, bu mərhələdə Türkiyəyə rəqib olmağı arzulamadığını bildirib:

“Türkiyə mənim püşkatmada qaçmaq istədiyim tək ölkə idi. Çünki bu komandanın gücünü və sahib olduğu bir çox dəyərli futbolçuları bilirəm.

Üstəlik, Türkiyədə səfər oyunu oynamağın necə bir şey olduğunun da fərqindəyəm. Səfər oyunumuz çox isti bir atmosferdə keçəcək”.

1/4 və pley-off oyunları gələn il 20-23 mart tarixlərində keçiriləcək. İyunun 4-5-də 1/2, iyunun 8-də isə 3-cü yer və final uğrunda matçlar olacaq.

Chosen
25
sportinfo.az

1Sources