EN

Paşinyan vəd verib: "Qarabağdan köçən ermənilərin vətəndaşlığının rəsmiləşdirilməsi sürətləndiriləcək"

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərə, xüsusən də ictimai xidmətə daxil olmaq istəyənlərə vətəndaşlıq verilməsi prosedurunu sürətləndirəcəyini vəd edib.

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, bu barədə canlı yayımda vətəndaşların suallarını cavablandırarkən bildirib.

Baş nazir qeyd edib ki, o, aidiyyəti strukturlara bu proseduru mümkün qədər sürətləndirməyi tapşırıb.

Chosen
484
3
report.az

10Sources