EN

Ukrayna Rusiyada nəzarət etdiyi ərazinin 40%-ni itirib

Ukrayna avqust ayında apardığı əməliyyat zamanı Kursk vilayətində nəzarət etdiyi ərazinin 40%-dən çoxunu itirib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, bu, rus qoşunlarının təşkil etdiyi əks-hücum dalğaları fonunda baş verib.

"Təxminən 1376 kvadrat kilometr ərazini nəzarətdə saxlayırdıq, indi Rusiya əks-hücumlarını gücləndirir. Hazırda Ukrayna Silahlı Qüvvələri təxminən 800 kvadrat kilometr Rusiya ərazisini nəzarətdə saxlayır", - Ukrayna Baş Qərargahındakı mənbə bildirib.

Chosen
19
2
axar.az

6Sources