Bu gün Türkiyə Superliqasında 13-cü tura start verilib.
QOL.az xəbər verir ki, ilk günündə 4 matç keçirilib.
Son çempion “Qalatasaray” "Bodrumspor"u üstələyib.
“Fənərbaxça” "Kayserispor"u darmadağın edib. "Başakşehir" "Qaziantep"ə, "Eyüpspor" isə "Çaykur Rizespor"a uduzub.
Hazırda turnir cədvəlində "Qalatasaray" 34 xalla liderdir. "Fənərbaxça" 29 xalla 2-ci, "Sampsunspor" isə 25 xalla 3-cüdür.
Türkiyə Superliqası, 13-cü tur
23 noyabr
"Eyüpspor" - "Çaykur Rizespor" - 1:2
Qollar: Kutucu, 27 - Varesanoviç, 55. Sou, 75.
"Qaziantep" - "Başakşehir" - 3:0
Qollar: Kozlovski, 28, Soresku, 45+3, Okereke, 75.
"Kayserispor" – "Fənərbaxça" - 2:6
Qollar: Ciku, 43-avtoqol, Kolovetsios, 56 - Tadiç, 7, Aydın, 15, 26, Ən-Nəsiri, 63, Kostiç, 85, Şimanski, 88.
"Bodrumspor" - "Qalatasaray" - 0:1
Qol: Batşuayi, 54.