EN

Yaponiya sahillərində 5,1 maqnitudalı zəlzələ baş verib

Yaponiyanın Honsü adasının şərq sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 220 min insanın yaşadığı Xatinoxe şəhərindən (Aomori prefekturasının şimalı) 96 km cənub-şərqdə, zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Mənbə: report.az

Chosen
25
19
report.az

10Sources