EN

Ağır yanıq xəsarətləri alan balaca Ömərin köməyinizə ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir yaşlı Ömər ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun anası Günel Osmanova məlumat verib.
O bildirib ki, övladı aprelin 2-də yanıb:
"Biz Sabirabadda yaşayırıq. Ömər aprelin 2-də evdə oynayarkən içində qaynamış süd olan qazanı üzərinə çəkdi. Hadisə olan gün rayon xəstəxanasına yollansaq da, vəziyyəti ağır olduğu üçün bizi Bakıya göndərdilər. Bakıda yerləşən xəstəxanalardan birində bir neçə həftə müalicə aldıq. Hazırda evə qayıtmışıq".
Günel Osmanova yardımsevər şəxslərin dəstəyinə ehtiyacları olduğunu deyib:
"İlk dəfə Ömərin dərmanlarını sizin oxucuların dəstəyi sayəsində ala bilmişik. Hazırda onun müalicəsi üçün 400 manata ehtiyacımız var. İnanın, bu məbləği qarşılamaq bizim üçün hazırda imkansızdır. Yardımsevər şəxslərdən dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 664-99-79.
Unibank: 5243 7544 4789 4005.
Chosen
7
29
oxu.az

10Sources