Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin yaxşı münasibətləri və birincinin “Rusiya-Ukrayna müharibəsini tez bitirəcəyəm” deməsi Avropa liderlərini düşündürür.
"Ölkə.az" xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Əmrə Öztürk deyib.
"Avropalı strateqlərin fikrincə, Trampın planı ABŞ, Rusiya, Ukrayna və AB-nin bir masa arxasında oturduğu sülh planı və Rusiyanın işğal etdiyi torpaqları Moskvaya buraxmaqdır. Bu halda Ukraynanın NATO-ya daxil olmasının mümkün olmadığını bildirən strateqlər belə bir planın AB-ABŞ münasibətlərində ciddi qırılmaya səbəb olacağını vurğulayırlar.
O da məlumdur ki, Tramp dünyanın ən böyük marketoloqu adlandırdığı Ukrayna Prezidenti Vladimir Zelenskiyə üstünlük vermir", - ekspert qeyd edib.