EN

2024-cü ildə ən məşhur üç fırıldaqçılıq sxemi

2024-cü ildə ən geniş yayılmış fırıldaqçılıq növləri "Dövlət Xidmətləri" hesablarının sındırılması, "Fake Boss" adlanan sxem və hüquq-mühafizə orqanlarının adından edilən saxta zənglər olub.

Bu barədə "RİA Novosti"yə "Sberbank"ın Fırıldaqçılığa Qarşı Mübarizə Departamentinin direktoru Sergey Veliqoçski bildirib.

Onun sözlərinə görə, "Dövlət Xidmətləri" vasitəsilə həyata keçirilən fırıldaqçılıq halları bütün sxemlərin təxminən 40%-ni təşkil edir. Fırıldaqçılar bu sxemi təkmilləşdirərək qurbanlara şübhəli giriş cəhdi ilə bağlı xəbərdarlıq məktubu göndərir və həmin məktubda göstərilən nömrəyə zəng etməyi təklif edirlər. Zəngdən sonra qurbanlar özlərini təhlükəsizlik xidməti kimi təqdim edən fırıldaqçılara inanaraq onların təlimatlarını yerinə yetirirlər.

Bundan başqa fırıldaqçılar "Telegram" messencerində zərərli proqramlar vasitəsilə yeni məlumat oğurluğu sxemi həyata keçirməyə başlayıblar. Bu üsulla onlar onlayn bank tətbiqlərinə və digər şəxsi məlumatlara çıxış əldə edə bilirlər./BAKU.WS

Chosen
20
musavat.com

1Sources