“Oreşnik” raket sistemi kimi ən son silah növlərinin hazırlanması tamamilə gizli bir prosesdir.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Xüsusilə belə bir geosiyasi şəraitdə ən son silah növlərinin hazırlanması tamamilə gizli bir prosesdir. Bu haqda mənim xəbərim olmayıb. Prezident Vladimir Putin şəxsən özü mənə deyib”, - Peskov bildirib.
Qeyd edək ki, Rusiya noyabrın 21-də Dneprə “Oreşnik” ortamənzilli hipersəs ballistik raketi ilə zərbə endirmişdi. Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirdiyi müşavirədə Rusiyada “Oreşnik” kimi istifadəyə hazır sistemlərin olduğunu bildirib.