EN

Bennett buna görə öldürüldü - Simonyan


“Rossiya Seqodnya” media qrupunun və RT-nin baş redaktoru Marqarita Simonyan amerikalı ekspert, telekanalın sənədli filmlərinin müəllifi və “Sputnik”in daimi şərhçisi Skott Bennettin Ukrayna hadisələri ilə bağlı həqiqəti söylədiyi üçün öldürüldüyü iddiasını irəli sürüb.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, Simonyan bu barədə X sosial şəbəkəsində yazıb.

“Tamamilə mümkündür ki, Skott Bennett Ukraynadakı münaqişə ilə bağlı həqiqəti söylədiyi üçün öldürülüb. O, Ukrayna ordusunu və ABŞ hökumətini pisləyən sənədli filmlər çəkib. 2024-cü ilin yazında Putinə Rusiya vətəndaşlığı verilməsi xahişi ilə müraciət edib. Bennett ən yaxşı hərbi ekspertlərdən biri olub. Bennett Kiyev rejiminin Belqorod vilayətində törətdiyi cinayətlər barədə ABŞ Konqresinə hesabat göndərdikdən sonra öz dostlarına həyatı üçün təhlükə yarana biləcəyini deyib. O, səhhətindən şikayət etməyib”, – deyə Simonyan vurğulayıb.

Qeyd edək ki, ABŞ hərbi kəşfiyyatının təqaüdçü zabiti və psixoloji müharibə analitiki Skott Bennett 46 yaşında Kaliforniyada ölüb. Həkimlərin ilkin məlumatına görə, o, qaraciyər xərçəngindən dünyasını dəyişib.


Chosen
3
2
news24.az

3Sources