Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" Polşa çempionatında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, onun komandası 16-cı turda öz meydanında "Stal"la qarşılaşıb.
Azərbaycan yığmasının heyətində zədələnən 29 yaşlı müdafiəçi bu görüşdə iştirak etməyib. Məmmədovun meydana çıxmadığı oyunda "Radomyak" 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, Rahilin komandası 15 oyundan sonra 16 xal toplayıb. "Radomyak" növbəti turda dekabrın 2-də "Motor"un qonağı olacaq.
“Neftçi”nin futbolçusu: “Sevinirəm ki…”
"Sumqayıt" "Şamaxı"ya qarşı - YENİLƏNİR
Renatsız "Ankaragücü" derbidə məğlub oldu
Samir Abasov: “Küçədən gələn məşqçi də deyil, Avropa çempionudur”
Rəşad Sadıqov: “Futbolumuzu daha yaxşı səviyyəyə çıxaracağıq”