Misli Premyer Liqasının XIV turunun "Turan Tovuz" - "Sabah" matçından (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
"Bu gün güclü rəqibə qarşı oynadıq. "Sabah" yaxşı komplektləşdirilmiş komandadır. Heç-heçə ədalətli nəticə ola bilər. Uğursuz epizoddan qol buraxdıq".
- Komanda 60-cı dəqiqədən sonra oyundan qopdu. Bunun səbəbi nə idi?
- Bu, əsasən hesabı qorumaqla bağlı idi. Amma əvvəlki temp və istəklə davam etmək olardı.
- Növbəti turun "Araz-Naxçıvan"la matçını 6 xallıq oyun adlandırmaq olar?
- İstənilən rəqibə qarşı hazırlaşırıq. Onların hansı yerdə olmasının önəmi yox idi.
- Oyun planında nələr alınmadı?
- İkinci hissədə lazım olanları yerinə yetirmədik. Nələrin alınmadığını demək üçün təhlil etmək lazımdır.
- Tural Bayramlının son vaxtlar az oynamasının səbəbi nədir?
- Kimlər daha optimal formadadırsa, onlar oynayır.
Orxan Əliyev: "İstədiyimiz futbolu göstərə bilmədik" - Müsahibə
Berdıyev onu komandasında istəyir - Özəl
U-18 millimiz Qəbələdə təlim-məşq toplanışı keçəcək
“Neftçi”nin futbolçusu: “Sevinirəm ki…”
Renatsız "Ankaragücü" derbidə məğlub oldu