"Son bir ildə İranda 811 nəfər edam edilib, bu da dünyada icra edilən ölüm cəzalarının 75 faizini təşkil edir..."
BMT Baş Assambleyası o cümlədən həddi-buluğa çatmayanlara qarşı ən ağır cəzanın geniş tətbiq edilməsinə görə Tehranı ittiham edən qətnamə qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri məlumat yayıb.
Hüquq müdafiəçilərinin məlumatlarına görə, son ay ərzində İranda edamların sayı kəskin surətdə artıb.
Hüquq müdafiəçilərinin informasiya agentliyinin (HRANA) bu günlər açıqladığı hesabatında deyilir ki, 23 oktyabr-21 noyabr arası bir ay ərzində ən azı 133 nəfər edam edilib.
Onlardan biri ictimaiyyət qarşısında həyata keçirilib. Bu dövdrə 24 yeni ölüm cəzası verilib, əvvəllər çıxarılan yeddi ölüm cəzası isə məhkəmələr tərəfindən təsdiq edilib.
HRANA qeyd edir ki, İranda edamlar çox vaxt lazımi prosessual normalara riayət edilmədən həyata keçirilir ki, bu da məhkəmə proseslərinin ədalətli olduğu ilə bağlı ciddi suallar yaradır.
Edam edilənlər arasında bir neçə siyasi məhbusun və 2022-ci ildə İranda etiraz aksiyaları iştirakçılarının olması ən ağır cəzanın siyasi yadfikirliliyin qarşısının alınması aləti kimi tətbiq edildiyi ilə bağlı narahatlığı artırır.
Son ayların statistikası edamların sayının dayanıqlı artması meylini təsdiq edir. Oktyabrın əvvəlində HRANA məlumat verib ki, 2023-cü ilin oktyabrından 2024-cü ilin sentyabrınadək olan dövr ərzində ölkədə ən azı 811 nəfər edam edilib.
İranda belə yüksək göstərici, demək olar ki, son on il ərzində müşahidə edilməyib. Bu dövrdə edam edilənlərin 23 nəfərini qadınlar təşkil edib.
2023-cü ilə dünyada icra edilən ölüm cəzalarının 75 faizi İranın payına düşür, hüquq müdafiəçiləri məlumat verib.
İranda açıq edamlar
İranda insan haqları problemi beynəlxalq birliyinin diqqətini cəlb edib.
Bu həftə BMT Baş Assambleyasının Üçüncü komitəsinin qəbul etdiyi qətnamədə İran xüsusilə məcburi etiraflar əsasında məhkum edilənlərin və həddi-buluğa çatmayanların edam edilməsinin geniş yayılmasına görə pislənilir.
Qətnamədə bir çox hallarda ədalətli məhkəmə araşdırmasının və lazımi hüqiqi prosedurlarının olmaması qeyd edilir.
Qətnamə 77 səs lehinə, 28 səs əleyhinə olmaqla qəbul edilib, bu zaman 66 nəfər bitərəf qalıb. O cümlədən Rusiya, Belarus, Ermənistan, Tacikistan, Türkmənistan, Özbəkistan, Çin, Kuba və KXDR qətnamənin əleyhinə səs verib.