EN

Ərdoğan Putinlə telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefonla danışıb.

 

Senzor.az Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, telefon söhbəti zamanı liderlər arasında ikitərəfli gündəlikdəki cari məsələlər müzakirə edilib, ticarət-iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması vurğulanıb.

 

“Bunu nəzərə alaraq, aidiyyəti qurumlar arasında əlaqə saxlanılacaq. Söhbət zamanı liderlər bir sıra beynəlxalq mövzulara da toxunublar”, - deyə məlumatda qeyd olunub.

 

Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda isə deyilir ki, telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasında ticarət həcminin genişləndirilməsi başda olmaqla bir çox sahədə əməkdaşlığın artırılması müzakirə edilib.

 

Ərdoğan Türkiyənin bölgədəki gərginliyin aradan qaldırılması üçün səylərinə və sülh proseslərinə töhfə verməyə davam edəcəyini bildirib.

Chosen
3
4
senzor.az

10Sources