EN

Rusiya Tramp dönəmi üçün ABŞ-a yeni səfir göndərir

Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru, Kanadadakı keçmiş səfir Aleksandr Darçiyev Rusiyanın ABŞ-dakı diplomatik missiyasının rəhbəri vəzifəsinə əsas namizəd kimi qiymətləndirilir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

Bundan əvvəl “Vedomosti” də Darçiyevi bu vəzifəyə ən çox ehtimal olunan namizəd adlandırmışdı.

Xarici İşlər Nazirliyindəki mənbələr RBC-yə bildiriblər ki, Darçiyevin namizədliyi ilə bağlı qərar çoxdan verilib. Nazirlik qanuni məhdudiyyətlərə görə prosesi ictimaiyyətə şərh etməyəcək.

Qeyd edək ki, oktyabrın 10-da Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov səlahiyyət müddətinin baş çatması ilə əlaqədar geri çağırılıb.

Chosen
31
4
axar.az

6Sources