EN

Qazaxıstan BTC neft kəməri istiqamətində 1,2 milyon ton neft nəql edib

2024-cü ilin 10 ayının yekunlarına əsasən, magistral neft kəmərləri sistemi ilə Qazaxıstan Respublikasına neft nəqlinin həcmi təqribən 60 milyon ton təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə trend.az-a Qazaxıstan Energetika Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Xəzər Boru Kəməri Konsorsiumunun boru kəməri ilə 46,3 milyon tona yaxın neft nəql edilib.
 

Atırau-Samara hissəsi ilə neft nəqlinin həcmi təqribən 7,2 milyon ton təşkil edib. Almaniyaya 1,2 milyon ton Qazaxıstan nefti göndərilib.


10 ayın yekunlarına əsasən, Aktau limanından 3,1 milyon tondan çox neft nəql edilib ki, bunun da 1,6 milyon tonu Mahaçqala limanına, 1,2 milyon tonu isə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində nəql edilib.

Atasu-Alaşankou neft kəməri marşrutu ilə 1 milyon tondan çox neft nəql edilib.

Bizim.Media

Chosen
9
1
bizim.media

5Sources