EN

İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib

İsrail, Amerika və Livan mənbələri bildiriblər ki, İsrail “Hizbullah” ilə Livanda atəşkəs barədə təklif olunan sazişi ilkin olaraq təsdiqləyib və bu, indi Nazirlər Kabinetinin son təsdiqinə təqdim olunmalıdır.

“İki sahil” xəbər verir ki, bu barədə “Ynet” xəbər portalı məlumat yayıb.

Portalın məlumatına görə, ABŞ-nin regiondakı xüsusi nümayəndəsi və Prezident Cozef Baydenin emissarı Eymos Hokstin noyabrın 24-də axşam Livan rəsmilərinə İsrailin qərarı barədə məlumat verib.

Amerikanın “Axios” internet portalının jurnalisti Barak Ravid sosial şəbəkədə mənbəyə istinadən bildirib ki, Hokstin İsrail hakimiyyətini Livanda atəşkəsə tezliklə razılıq verməyəcəyi təqdirdə vasitəçilik səylərini dayandırmaqla hədələyib.

Chosen
15
7
ikisahil.az

10Sources