EN

Azərbaycan yığması Avropa Kubokunda komanda hesabında birinci oldu

23-24 noyabrda Yunanistanın Saloniki şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda 2-ci, oğlanlar arasında isə 1-ci yeri tutub.

Futbolinfo.az xəbər verir ki, iki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 8 çəki dərəsində 20 cüdoçu ilə təmsil olunub.

Cüdoçularımız turnirin ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

İkinci yarış günü oğlanlar arasında Sübhan Axundov (+90 kq.) qızıl medal, Səid Şərifov (-73 kq.), Amin Mehdiyev (-81 kq.) və Tunar Fərzəliyev (+90 kq.) bürünc medal qazanıb. Abdullah Rəhmətov (-81 kq.) 5-ci yerə, Məhəmməd Ağakişiyev (-73 kq.) və Səid Hüseynov (-90 kq.) 7-ci yerə çıxıb.

Chosen
8
3
futbolinfo.az

10Sources