EN

Vilnüsdə yük təyyarəsi yaşayış evinin üzərinə düşüb

Vilnüsdə yük təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.

“Report” xəbər verir ki, bu barədə yerli “Delfi” portalı məlumat yayıb.

Təyyarədə dörd nəfər - iki pilot və iki sərnişin olub. Bildirilib ki, azı bir pilot sağ qalıb. Onu kabinədən çıxararaq tibb işçilərinə təhvil veriblər.

İlkin məlumata görə, təyyarə DHL şirkətinə məxsusdur. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Chosen
5
6
far.az

10Sources