Bakı. Trend:
İranın üç bankı hazırda Kiş adasında “rial” rəqəmsal valyutadanistifadə edir.
Trend-in məlumatına görə,bunu İranın Mərkəzi Bankının baş direktoru Məhəmməd Rza Fərzin bugün Tehranda keçirilən 11-ci Yeni Bankçılıq Konfransında deyib.
Onun sözlərinə görə, hazırda İranın “Mellət”, “Ticarət” və“Milli” bankları rəqəmsal “rial”dan istifadə edirlər:
"Yaxın gələcəkdə daha beş bank rəqəmsal “rial”dan istifadəedəcək".
Fərzin deyib ki, dünyada bir çox ölkələr rəqəmsal valyutadanistifadə edir:
"Hazırda 23 ölkə, o cümlədən, Cənubi Koreya, Çin, BƏƏ, Türkiyəvə İranda rəqəmsal valyutadan istifadə sınaq mərhələsindədir.Rəqəmsal valyutadan istifadənin bir çox üstünlüyü var. Belə ki,ödənişi sadələşdirir, proqramlaşdırmaya imkan yaradır vəsmartlaşdırmanı yüksəldir".
Kriptovalyuta məsələsi və Mərkəzi Bankın bununla əlaqədarsiyasətinə münasibət bildirən İranın Mərkəzi Bankının şefi qeydedib ki, hazırda dünyada kriptovalyutalar sürətli şəkildə inkişafetməkdədir.
"Onlardan istifadə fərqli formadadır. Bu sahədə qaydalarıntətbiq olunması çox çətin məsələdir. Bütün ölkələr bu sahədə ilkbaşda problemlə üzləşib. Birinci ticarət formalaşır və sonraqaydalar tənzimlənir. Bu proses İranda da baş verib. Hazırda İranınMərkəzi Bankının qarşısında böyük bazar var. Lakin bu sahədəhərtərəfli şəkildə tənzimlənmiş qaydalar yoxdur", - o əlavəedib.