Taekvondo üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıb.
İdman.biz xəbər verir ki, Vasif Səlimov (68 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib olub.
Elcan Əliyev (78) isə 3-cü yeri tutub.
Qeyd edək ki, noyabrın 24-də startı verilən yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Bu gündən isə böyüklər mübarizəyə qoşulacaqlar.
İdman.biz