EN

Polşa jurnalisti: “Rusiya ilə müharibə bizim üçün fəlakətli ola bilər” – ÖZƏL

Polşa cəmiyyəti Dnepropetrovskdakı hərbi-sənaye kompleksinə Rusiyanın "Oreşnik" raketləri ilə cavab zərbəsindən sonra potensial müharibənin ağır nəticələrini müzakirə etməyə başlayıb. 

Olaylar.az xəbər verir ki, bu fikirləri Polşa jurnalisti Mayk Krupa "Redacted" YouTube kanalına verdiyi müsahibəsində səsləndirib.

Jurnalist bildirib ki, "bu isteriya müəyyən mənada müsbətdir, çünki Rusiya ilə müharibənin Polşa üçün dağıdıcı ola biləcəyi anlayışı nəhayət geniş auditoriyaya çatıb". Onun sözlərinə görə, Rusiyanın son cavab zərbələri Polşada yeni açılmış Amerika hərbi bazasına bir xəbərdarlıq kimi qəbul edilməlidir. Sözügedən baza Rusiyadan cəmi 165 km məsafədə yerləşir və potensial təhlükə mənbəyi sayılır.

Krupa əlavə edib ki, bu baza əvvəlcə İran təhlükəsinə qarşı planlaşdırılsa da, əksəriyyət onun əsas məqsədinin Rusiyaya qarşı olduğunu başa düşürdü: "İranla bizim heç bir münaqişəmiz yoxdur, hamı bilirdi ki, bu baza Rusiya üçün nəzərdə tutulub".

Xarici mətbuatın fikrincə, "Oreşnik" hipersəsli raketlərinin sınaqları və onların xüsusi hərbi əməliyyat zonasında istifadəsi Qərbə birbaşa siqnal olaraq dəyərləndirilir. Bu vəziyyət fonunda Ukrayna lideri Vladimir Zelenski isə Qərb ölkələrinə narazılığını bildirərək, onların kifayət qədər reaksiya göstərmədiyindən şikayətlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
olaylar.az

1Sources