EN

Vilnüsdə yük təyyarəsi evin üzərinə düşdü, yanğın başladı (FOTO)

Noyabrın 25-də səhər saatlarında Litvanın paytaxtı Vilnüsdə DHL-ə məxsus yük təyyarəsi evin üzərinə düşüb və alovlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Delfi portalı yazır.

Polis bildirib ki, təyyarənin Jirnyu küçəsində ikimərtəbəli yaşayış binasının üzərinə düşməsi barədə məlumat saat 5:31-də daxil olub.

Təyyarədə dörd nəfər olub: iki pilot və iki işçi.

Yanğın Təhlükəsizliyi və Xilasetmə Departamentinin rəhbəri Renatas Pozela deyib: "Bir nəfər həlak olub, iki ekipaj üzvü saqaldığını bildirib, dördüncüsünü axtarırıq”.
Bu yaxınlarda "Wall Street Journal” Qərbin təhlükəsizlik rəsmilərinə istinadən yazıb ki,  Rusiya  ABŞ və Kanadaya gedən yük və sərnişin təyyarələrini yandırmaq üçün əməliyyatlar planlaşdırır.

Media, Almaniya və Böyük Britaniyadakı DHL logistika mərkəzlərində alışıb-yanan yandırıcı qurğunun olduğu paketlərin  Litvadan göndərildiyini və göndərənin saxta şəxsi məlumatlardan istifadə etdiyini bildirib.

Noyabrın əvvəlində Litvada  yük və sərnişin təyyarələrinin yandırılması əməliyyatları ilə bağlı bir neçə şübhəli saxlanılıb.

Alpər
Chosen
8
qaynarinfo.az

1Sources