Müğənni Ramal İsrafilov yeni görünüşü ilə hər kəsi təəccübləndirib.Missiya.Az xəbər verir ki, ifaçı ATV-də yayımlanan və Nanə Ağamalıyevanın aparıcısı olduğu “7 tamam” verilişində zarafatla göz əməliyyatı etdirdiyini deyib.
Ramalı sorğu – sual edən Nanə daha sonra müğənnin heç bir əməliyyat keçirmədiyinin şahidi olub. Belə ki, gözlərini qara eynəyin arasında gizlədən İsrafilov həmin aksessuarı çıxarıb və onun göy-ağ zolaqlı rəngli maraqlı bir linza taxdığı üzə çıxıb.
Proqramın gedişatında Ramal Nanəyə “Gərək etdirməzdin, elə linza yaxşı idi” sözlərini qeyd edib.
Zərintac MayisqızıMissiya.Az