EN

Lukaşenko Pakistanda səfərdədir

Belarus Prezidenti Aleksandr Lukaşenko Pakistana rəsmi səfərə gedib.

Adalet.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

İslamabadda Lukaşenko Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlar aparacaq. Görüş məhdud və nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.

Tərəflər əməkdaşlığın ən perspektivli istiqamətlərini nəzərdən keçirəcək və gələcək üçün birgə fəaliyyət planını müzakirə edəcəklər.

Səfər zamanı əsas diqqət ticari-iqtisadi əməkdaşlığın inkişafı istiqamətində praktiki addımlara xüsusi önəm verilməklə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinə yönəldiləcək.

Bundan əlavə, regional və qlobal təhlükəsizlik, inteqrasiya birliklərində əməkdaşlıq, həmçinin beynəlxalq platformalarda birgə fəaliyyətə dair məsələlər müzakirə olunacaq.

Danışıqların yekunları üzrə beynəlxalq sənədlər paketi imzalanacaq.

Belarus prezidentinin səfəri ilə yanaşı olaraq İslamabadda Pakistan-Belarus biznes forumu keçiriləcək.

Chosen
6
9
adalet.az

10Sources