EN

Rusiyanın neft anbarı partladıldı! Ukraynadan dəhşətli hücum...

Ukrayna Rusiya Federasiyasının Kaluqa vilayətindəki neft bazasına hücum edib.

Sitat.info Ukrayna KİV-nə istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməliyyatı nəticəsində  Rusiya Federasiyasının Kaluqa vilayətində yanacaq-energetika kompleksi obyekti vurulub.

Məlumata görə, hücumun hədəfi Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün təmin edilməsində iştirak edən “Kaluqanefteprodukt” ASC-nin neft anbarıdır.

“Noyabrın 25-i saat 00:30 radələrində kamikadze pilotsuz uçan aparatların zərbələri nəticəsində obyektdə silsilə partlayışlar baş verib və yanğın başlayıb. bir-birinin ardınca düşmən hədəfini vuraraq geniş miqyaslı dağıntılara səbəb olur”, - hərbi kəşfiyyatdakı mənbələr bildirir.

Məğrur,

Sitat.info 

 

Chosen
9
1
sitat.info

2Sources