EN

İran Rusiya ilə ticarətdə dollardan imtina etdi...

Image

İran və Rusiya ticarət dövriyyəsində ABŞ dollarından istifadəni tamamilə ləğv edib. Trend-in məlumatına görə, bunu İranın Mərkəzi Bankının baş direktoru Məhəmməd Rza Fərzin bu gün Tehranda keçirilən 11-ci Yeni Bankçılıq Konfransında deyib.

Onun sözlərinə görə, hazırda İran və Rusiya arasında ticarət dövriyyəsində rial (İran valyutası) və rubldan (Rusiya valyutası) istifadə olunur:

"İran bu modeli başqa ölkələrlə ticarət dövriyyəsində tətbiq etməyə ümid bəsləyir".

Fərzin qeyd edib ki, Rusiyanın ödəniş şəbəkəsinə qoşulmaq İranın Mərkəzi Bankının proqramlarından biri idi.

"Son vaxtlar İranın “Şetab” sistemi və bir neçə bank Rusiyanın “Mir” sisteminə qoşlulub. Bu sistem hazırda işləməkdədir. Lakin başlanğıc olduğu üçün lənglik müşahidə olunur. Zamanla bu sistem üzərində daha çox işlənəcək", - o bildirib.

İranın Mərkəzi Bankının baş direktoru qeyd edib ki, İran və Rusiya arasında yerli valyutadan istifadə üzrə ikinci mərhələ rusiyalı turistlərin İranın ticarət-iaşə obyektlərindən istifadə edə bilmələridir:

"Bu mərhələnin gələn aylarda tətbiq olunacağı gözlənilir. 3-cü mərhələ isə iranlı turistlərin Rusiyanın Post-terminallarından istifadə edə bilmələridir və bunun gələn ildən tətbiq olunacağı gözlənilir".

İranın beynəlxalq səviyyədə bank əlaqələrinə münasibət bildirən Fərzin deyib ki, İran əleyhinə sanksiyalar tətbiq olunduğuna görə, bu sahədə daha çox problemlər var.

"Lakin ötən illərdə bir sıra müsbət addımlar atılıb. Bu addımlardan biri Asiya Klirinq İttifaqına qoşulmaq idi (Asian Clearing Union “ACU”). Sanksiyaların idarə olunmasında İran bu vasitədən maksimum istifadə etməyə çalışır. İran Hindistan, Pakistan və bu ittifaqa üzv digər ölkələrlə əməkdaşlıq edir. İran SWIFT əvəzinə bu sistemdən istifadə edir", - o qeyd edib.

Qeyd edək ki, 2018-ci il noyabr ayında ABŞ-nin İrana qarşı sanksiyalar tətbiq etməsi ilə məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistem olan Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) İran bankları ilə əlaqələri kəsilib.





Chosen
15
3
baki-xeber.com

9Sources