EN

Rusiya ordusu Xarkovun mərkəzinə zərbələr endirib

Noyabrın 25-də səhər saatlarında Rusiya ordusu Xarkovun mərkəzi hissəsinə zərbələr endirib.

Editor.az xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov məlumat verib. Kiyev vilayətinə raket zərbələri qeydə alınıb, yanğın başlayıb. Saat 8.50-də verilən məlumata görə, on nəfər zərərçəkən məlum olub.

Terexov bildirib ki, işğalçılar çoxmərtəbəli yaşayış binalarının həyətlərini vurub, orada yardımçı tikililər və avtomobillər yanıb.

Regional hərbi idarənin rəisi Oleq Sinegubovun bildirib ki, saat 9.05-ə olan məlumata görə, 9 yaralı xəstəxanaya çatdırılıb. Ümumilikdə isə 13 nəfər yaralanıb. Regional təcili tibbi yardım mərkəzinin direktoru Viktor Zabaşta “Suspilnı”ya bildirib ki, insanlarda əsasən şüşə qəlpələrinin vurduğu yaralar var. Yaralılar arasında uşaq yoxdur.

//Samir Qurbanov, Editor.az

Chosen
10
editor.az

1Sources