EN

Simnan İranın yeni paytaxtı olacaq?

Hazırda paytaxtın Tehrandan köçürülməsiilə bağlı iddialar xəyaldır və bunun bu tezliklə reallaşması mümkün deyil.

Bu barədə İran parlamentinin İctimai Komissiyasının üzvü Əhməd Fatimi deyib.

O, bundan əvvəl Simnan şəhərinin paytaxt seçilməsi ilə bağlı planların olduğunu xatırladıb və bu şəhəri bunun üçün daha uyğun seçim hesab edib.

Xatırladaq ki, bir neçə gün əvvəl İran Prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının Tehrandan köçürülməsi planının hazırlanmasına başlandığını açıqlayıb.

Pezeşkian paytaxtın hansı şəhərə köçürülməsinin nəzərdə tutulduğunu açıqlamasa da, İran körfəzinə yaxın şəhərlərdən birinin daha məqsədə uyğun olduğunu bildirib.

Prezident planın hazırlanmasına məsul olaraq birinci müavini Məhəmməd Rza Arifi təyin edib.

Bundan əvvəl Fars əyalətinin mərkzi Şiraz şəhərinin paytaxt kimi nəzərdə tutulduğu barədə şayiələr yayılsa da, bu rəsmi şəkildə təsdiq olunmayıb.

Qeyd edək ki, hazırda Tehranın 15 milyon əhalisi var və şəhər ekoloji baxımdan dünyanın ən çirkli şəhərləri sırasındadır.

Bununla yanaşı paytaxtın fay xətti üzərində yerləşməsi zəlzələ baş verəcəyi təqdirdə milyonlarla insanın həlak olacağı təhlükəsini artırıb.

visiontv.az



Chosen
11
visiontv.az

1Sources