Alimlər yüksək yağlı qidaların narahatlıq və depressiyaya səbəb olduğunu açıqlayıblar.Kolorado Boulder Universitetində aparılan bir araşdırma göstərib ki, yüksək yağlı qidalar bağırsaq bakteriyalarını poza, davranışı dəyişdirə və bağırsaq-beyin əlaqəsi səbəbindən narahatlığı artıra bilər.Professor Kristofer Louri və komandası yüksək yağlı pəhrizlərin təsirini anlamaq üçün yeniyetmə siçanlar üzərində təcrübə aparıb. İki qrupa bölünən ilk siçan qrupu təxminən 11 faiz yağ ehtiva edən standart pəhrizlə, digər qrup isə doymuş heyvan yağlarından ibarət 45 faiz yağdan ibarət yüksək yağlı pəhriz ilə qidalanıb.Tədqiqatçılar doqquz həftə ərzində nəcis nümunələri vasitəsilə siçanların bağırsaq bakteriyalarını izləyib və onların davranışlarını qiymətləndiriblər. Araşdırma nəticəsində yüksək yağlı qidalarla qidalanan siçanların nəzarət qrupu ilə müqayisədə daha çox kökəldiyi müəyyən edilib.Yüksək yağlı qida ilə qidalanan siçanlar, xüsusən də dorsal raphe nüvəsi kimi tanınan beyin sapı bölgəsində serotonin istehsalında və siqnalında iştirak edən üç genin daha yüksək ifadəsinə sahib olduğu müşahidə edilib. Bu sahənin stress və narahatlıqla əlaqəli olduğu bildirilib.Alimlər izah ediblər ki, bu araşdırma pəhriz, bağırsaq sağlamlığı və ağıl arasındakı mürəkkəb əlaqəni ortaya qoyur. Bildirilib ki, karbohidratlar və yağlar yüksək olan qidalar qısamüddətli rahatlıq təmin etsə də, narahatlıq və depressiyaya səbəb olur və uzun müddət ərzində ümumi sağlamlığa təsirinin insan orqanizminə mənfi təsir göstərir.Mütəxəssislər balanslı qidalanmanın həm fiziki, həm də ruhi sağlamlığı qorumaq üçün vacib olduğunu bildirərək, tərkibində qeyri-sağlam yağlar olan qidaların xroniki xəstəliklərlə əlaqəli olduğunu da bildiriblər. Həmçinin qeyd edilib ki, belə qidalar bağırsaq sağlamlığına və narahatlığına təsir etməklə yanaşı, orqanizmdə iltihaba səbəb ola bilər.Mənbə: DHA