EN

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının forumunda iştirak edəcək (FOTO)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin SivilizasiyalarAlyansının təşkil etdiyi 10-cu Qlobal Forumuna tərəfdaşlıqedir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, 25-27 noyabr 2024-cü iltarixlərində Portuqaliyanın Kaşkayş şəhərində keçiriləcək ForumdaNGBM-nin həmsədrləri Latviyanın sabiq prezidenti xanım VayraVike-Frayberqanın və Dünya Bankının vitse-prezidenti Dr. İsmailSerageldinin rəhbərliyi ilə Mərkəzin 20-dən çox üzvü iştirakedəcək.

Toplantıda iştirakçılar arasında Bolqarıstanın sabiq prezidentiRozen Plevneliyev, Serbiyanın sabiq prezidenti Boris Tadiç,Latviyanın sabiq prezidentləri Valdis Zatlers və Egils Levits,Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, ŞimaliMakedoniya Respublikasının sabiq prezidenti George İvanov,Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç, Bosniya vəHerseqovinanın BMT-də Daimi Nümayəndəsi və sabiq Baş naziri ZlatkoLaqumdziya, Belçikanın sabiq baş naziri İv Leterm, Seneqalın sabiqbaş naziri Aminata Ture, Yunanıstanın sabiq baş naziri CorcPapandreu, Avstriyanın sabiq federal xarici işlər naziri və AvropaKomissarı Benita Ferrrero-Valdner, Monteneqronun sabiq Müdafiənaziri Miliça Peyanoviç-Durisiç, Gürcüstanın sabiq baş nazirininmüavini Eka Tkeşelaşvili, Ərəb Dövlətləri Liqasının sabiq Başkatibi Əmr Musa, BMT Baş Assambleyasının 73-cü Prezidenti MariyaFernanda Espinosa və 75-ci Prezidenti Volkan Bozkır, YUNESKO-nunxoşməramlı səfiri Hedva Ser, NGBM-nın Baş katibi Rövşən Muradov,NGBM-nin Strateji və Dayanıqlı İnkişaf Layihələri üzrə koordinatoruRza Əliyev yer alırlar.

Mərkəzin üzvləri Portuqaliyaya səfərləri çərçivəsində ötəngünlərdə keçirilmiş COP29-un nəticələrini və qarşıdan gələn 12-ciQlobal Bakı Forumuna hazırlığı müzakirə edəcəklər.

Nizami
Nizami
Nizami
Nizami
Nizami
Chosen
4
3
az.trend.az

4Sources