EN

İdarə rəisi işdən azad EDİLDİ

İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Sabir oğlu Məmmədov vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, N.Məmmədov İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin məhkəməsində verdiyi ifadəsində bildirmişdi ki, ona hər ay üç min AZN ödəyir.

"Əks halda, işləməyinə imkan verilməzdi. Qohumum beton zavodunda işləyirdi. Rayonda icra hakimiyyətinin sifarişi ilə bina tikilirdi. O binanın beton işini qohumuma versinlər deyə pul vermişdik. Ayda özüm də idarə rəisi kimi 3 000 manat verirdim. Çünki rayonun yiyəsi idi, yoxsa işləyə bilməzdim. Su qıt idi, camaatda narazılıq yaranırdı. Camaatı öyrədib üstümüzə salırdılar. Verməsək, işləmək qeyri-mümkün idi", - idarə rəisi ifadəsində qeyd edib (pravda.az).
 

Chosen
6
14
redaktor.az

10Sources