EN

Yapon istehsalçıdan iddialı batareya: 1000 kilometr gediş ehtiyatı 

Yaponiyanın Honda şirkəti yeni nəsil batareya üzərində işləyir. 

Avtosfer.az xəbər verir ki, istehsalçı ənənəvi maye elektrolitdən imtina edərək quru elektrolitli batareyalar hazırlamağı planlaşdırır. Layihəyə gözə, yeni batareyaların ölçüsü 50%, kütləsi 35%, maya dəyəri isə 25% azalacaq. Konstruksiyanın yüngülləməsi və tutumun artması bir dolumla 1000 kilometrədək yol qət etməyə imkan verəcək.
Yeni nəsil batareyalarla təchiz edilmiş elektromobillərin 2030-cu ildə satışa çıxarılması gözlənilir.

Vüqar Yaşaroğlu

Chosen
10
avtosfer.az

1Sources