Yaponiyanın Honda şirkəti yeni nəsil batareya üzərində işləyir.
Avtosfer.az xəbər verir ki, istehsalçı ənənəvi maye elektrolitdən imtina edərək quru elektrolitli batareyalar hazırlamağı planlaşdırır. Layihəyə gözə, yeni batareyaların ölçüsü 50%, kütləsi 35%, maya dəyəri isə 25% azalacaq. Konstruksiyanın yüngülləməsi və tutumun artması bir dolumla 1000 kilometrədək yol qət etməyə imkan verəcək.
Yeni nəsil batareyalarla təchiz edilmiş elektromobillərin 2030-cu ildə satışa çıxarılması gözlənilir.
Vüqar Yaşaroğlu