EN

BMT-nin qadınlarla bağlı hesabatı açıqlanıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) qadın qətli ilə bağlı qlobal qiymətləndirmələri özündə əks etdirən yeni hesabatını dərc edib.

Paylaşılan məlumatlar göstərdi ki, hər gün dünyada təxminən 140 qadın və qız həyat yoldaşları və ya ailə üzvləri tərəfindən öldürülür.

BMT-nin hesabatına görə, 2023-cü ildə 85 min qadın və qız qəsdən kişilər tərəfindən öldürülüb və bu qətllərin 60 faizi qurbanın yaxınları tərəfindən törədilib.

“Məlumatlar bizə göstərir ki, qadınlar ən təhlükəsiz olmaları lazım olan yerlərdə: ailədə ölümcül zorakılığa məruz qalırlar”, -deyə BMT-nin Qadınlar üzrə Baş Müavini Nyaradzayi Qumbonzvanda qeyd edib.

Chosen
17
aznews.az

1Sources