EN

Dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması məqbuldur

Azərbaycanda dövlət büdcəsinin profisitli olması şəraitində daxili borclanmadan istifadə edilməməsi, qısamüddətli dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması məqbuldur.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirəsi zamanı bildirib.

 

Bundan başqa, o deyib ki, 2025-ci ildə büdcədənkənar gəlirlər və xərclər 940 milyon manat təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 13,1 % çoxdur: "Bu, dövlət sektorundakı müəssisələrdə əməkhaqqı fondlarının bir-birindən fərqlənməsinə səbəb olar. Odur ki, qurumlararası disproporsiyalar diqqətdə saxlanılmalıdır".

Palata sədri həmçinin ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların hesabatlılığında çatışmazlıqlar olduğunu deyib: "Statistik hesabatlardakı uyğunsuzluqlar makroiqtisadi göstəricilərin doğruluğuna təsir edə bilər. Dövlət qurumlarının əlaqələndirilməsinin gücləndirilməsi vacibdir".

Bundan başqa, onun sözlərinə görə, icmal büdcədə məcburi dövlət sosial sığorta gəlirləri və bəzi fondların gəlirləri əks olunmur: "Növbəti illərdə bu məbləğlərin artacağı ehtimal edilir. İcmal büdcənin komponentləri üzrə vahid yanaşmanın tətbiqi vacibdir".

"Palata büdcə təsnifatında dəyişikliklərin aparılmasını və özəlləşdirmədən daxilolmaların qeyri-neft gəlirləri kimi təsnif edilməsini təklif edir. Fiskal balansın maliyyələşmə mənbələri təsnif edilməlidir ki, icra prosesində qeyri-müəyyənliklər yaranmasın", - deyə sədr qeyd edib.

 

Chosen
18
17
sam.az

10Sources