EN

Mask Britaniyanı "tiran polis dövləti" adlandırdı

Amerikalı milyarder və sahibkar İlon Mask Böyük Britaniyanı “tiran polis dövləti” adlandırıb. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa xidməti yazıb.

Mask sosial şəbəkədə qeyd edib: “Britaniya xalqı zalım polis dövlətindən bezib".

Qəzet qeyd edir ki, Mask bu bəyanatı ilə baş nazir Kir Starmer və partiyasının reytinqlərinin aşağı düşməsi fonunda Birləşmiş Krallıqda yeni ümumi seçkilərin keçirilməsini tələb edən petisiyanı dəstəkləyərək, Britaniya hökuməti ilə “müharibəni davam etdirib”.

İlon Mask bundan əvvəl Böyük Britaniyada etiraz aksiyaları ilə bağlı yazılarına görə Britaniya hökumətinin qarşıdan gələn investisiya forumunun iştirakçıları siyahısından çıxarılmışdı. İyulun sonunda Böyük Britaniyanın bir çox şəhərində bir yeniyetmənin Southportda uşaqlara bıçaqla hücumundan sonra iğtişaşlar başlayıb. 

Bundan sonra Mask X sosial şəbəkəsində Böyük Britaniyada “vətəndaş müharibəsinin qaçılmazlığı” haqqında yazıb. Britaniya parlamenti həmçinin sahibkarı X sosial şəbəkəsinin fəaliyyəti, xüsusən də moderasiya və nifrət dolu məzmunla mübarizə məsələsi ilə bağlı ifadə verməyə çağırmaq niyyətindədir.

Samir

Chosen
12
1
hit.az

2Sources