AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker və Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev “Kəpəz” komandasının futbolçuları ilə görüşüblər.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, onlar oyunçulara qaydalarda və təlimatlarda edilən dəyişikliklər haqqında məlumat veriblər.
Mübahisə doğuran oyun epizodları nümayiş etdirilib, vəziyyətlərə aydınlıq gətirilib. Daha sonra Frank De Bleker futbolçuların suallarını cavablandırıb.