EN

NATO admiralı: "Ukraynadakı münaqişə ABŞ və Çin arasındakı qarşıdurmanın bir hissəsidir"

NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer ABŞ-ın Donald Trampın prezidentliyi dövründə və ümumilikdə Qərbin niyə Ukraynada münaqişəni Rusiyanın qələbəsi ilə başa çatdırmamalı olduğu barədə danışıb. O, bildirib ki, Ukraynadakı münaqişə ABŞ və Çin arasında qlobal güc balansının dəyişməsinin bir hissəsidir.

HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

O vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsi istənilən şəraitdə bitsə belə, bu, hər şeyin normala dönəcəyi anlamına gəlmir. Onun sözlərinə görə, mövcud vəziyyət daha qlobal çağırışın bir hissəsidir.

Bauerin sözlərinə görə, bu gün baş verən hər şey Ukraynadan daha genişdir. 

Digər tərəfdən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, ABŞ prezidenti Co Baydenin rəhbərlik etdiyi komanda gərginliyi artırmağa davam edir. Onun sözlərinə görə, bu komanda hərbi əməliyyatlara yönəlmiş siyasət yürüdən bir qrupdur. Peskov əlavə edib ki, ABŞ üçün Ukrayna Rusiya Federasiyasına strateji zərbə vurmaq məqsədilə hərbi əməliyyatları davam etdirmək üçün bir vasitə rolunu oynayır.

Samir

Chosen
23
hit.az

1Sources