EN

Birləşmiş Ərəb Əmirliklərində israilli ravvin Zvi Koqanı qətlə yetirməkdə şübhəli bilinən üç Özbəkistan vətəndaşını saxlanılıb

Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanları israilli ravvin Zvi Koqanı qətlə yetirməkdə şübhəli bilinən üç Özbəkistan vətəndaşını saxlayıb.

Saxlanılanlardan ikisinin 28, üçüncünün isə 33 yaşı var. Onların İranla əlaqələri ilə bağlı mətbuatda yayılan məlumatlar şərh edilmir. Şübhəlilər Olimp Toiroviç, Mahmudjon Abdurahim, Azizbek Kamaloviçdir. BƏƏ Daxili İşlər Nazirliyi onların ittiham olunub-olunmadığını dəqiqləşdirməyib. Digər təfərrüatlar verilmir.

Qeyd edək ki, 28 yaşlı Zvi Koqan BƏƏ-nin baş ravvin Levi Yitzchak Duchmanın köməkçisi və yəhudi dini hərəkatının “Chabad” nümayəndəsi olub. Noyabrın 21-də Zvi Koqan itkin düşüb, cəsədi üç gün sonra Əl-Ayn şəhərində (Əbu-Dabidən 150 km) tapılıb. Müstəntiqlər onun avtomobilində zorakılıq əlamətləri aşkar ediblər. İsrail hadisəni “mənfur antisemit terror aktı” adlandırıb. “Ynet” yazıb ki, bir versiyaya görə, ravvin İrandan gələn göstəriş əsasında üç Özbəkistan vətəndaşı tərəfindən hücuma məruz qalıb. Onlar daha sonra Türkiyəyə qaçıblar. İslam Respublikasının BƏƏ-dəki səfirliyi bütün ittihamları rədd edib.

//Samir Qurbanov, Editor.az

Chosen
38
2
editor.az

3Sources