EN

Nə olacağını bilmək istəyirlər..?

...2024-cü ildə rusların 39 faizi falçılaravə hər üçüncü şəxs psixoloqa müraciət edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Modifiers şirkətinin araşdırmasında deyilir.

Deyilənlərə görə, Rusiyada koronavirus pandemiyasından sonra ezoterik xidmətlərə tələbatın artması müşahidə olunub. Hər il bazarın həcmi 20 faiz artır və iki trilyon rubla yaxınlaşır. Bu, ekspertlərin illik 25 faiz artım tempi ilə 100 milyard rubl qiymətləndirdiyi psixoloji xidmətlər bazarından 20 dəfə çoxdur.

Belə göstəricilərlə ezoterik bazar 2024-cü ilin sonuna qədər 2,4 milyard rubl həcmə, psixoloqlara tələbat isə 125 milyarda çata bilər.

Ən çox ruslar astroloqları ziyarət edir və onlardan Tarot kartlarını qoymağı xahiş edirlər.

Numerologiya sahəsində mütəxəssislər də populyarlıq qazanır. Yeri gəlmişkən, 2024-cü ilin əvvəlinə qədər falçılar öz xidmətlərinin qiymətini 40 faiz qaldırıblar.

Beləliklə, Tarot oxumaq üçün qiymət altı min rubla və doğuş cədvəlini tərtib etmək doqquz min rubla başa gələ bilər.

Nazlı Almuradova

Chosen
45
sia.az

1Sources