EN

Rusiyaya zərbələrlə bağlı Ağ Evdən ilk açıqlama

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı təsdiqləyib ki, Ukraynaya Amerikanın uzaqmənzilli ATACMS raketlərindən istifadə etməklə Kursk bölgəsinə və regiona yaxın ərazilərə zərbələr endirməyə icazə verilib.

Ağ Ev sözçünün sözlərinə görə, “hazırda” Ukrayna tərəfinin bu raketlərdən “təcili ehtiyac yaranarsa, özünümüdafiə üçün” istifadə etmək imkanı var.


Mənbə: unikal.az

Chosen
16
unikal.az

1Sources