EN

Almaniyada bunkerlərin yaradılmasına dair milli plan hazırlanır

Almaniyanın hakimiyyət orqanları bunkerlərin yaradılması üçün milli plan hazırlayır ki, bu plana mövcud sığınacaqların siyahısının təşkili daxildir.

APA xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Raket hücumu zamanı müdafiəni təmin edə biləcək bütün mövcud binaların və fərdi evlərin siyahısının tərtib edilməsi planlaşdırılır”, - nəşr qeyd edir.

Bundan əlavə, plan çərçivəsində bunkerlərin axtarışı üçün mobil proqramların yaradılması və özünümüdafiə tədbirləri ilə bağlı məlumat kampaniyasının aparılması nəzərdə tutulur.

Chosen
6
3
azpolitika.info

4Sources