EN

"Yəqin ki, yeni ildən sonra komandaya gənc futbolçular cəlb ediləcək"

Azərbaycanın çimərlik futbolu millisi bu həftə məşqlərə başlayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a komandanın baş məşqçisi Sahib Məmmədov məlumat verib.

Mütəxəssis heyətə yeni futbolçular dəvət ediləcəyini vurğulayıb:

“Noyabrın 29-dan etibarən məşqlərə başlayacağıq. Yəqin ki, yeni ildən sonra komandaya gənc futbolçular cəlb ediləcək.

Ümumiyyətlə, yeni futbolçulara ehtiyac var. Komandanı kimlərin tərk edəcəyi ilə bağlı hələ qərar verilməyib. Yeni ildən sonra yoldaşlıq görüşü keçirməyi də planlaşdırmışıq”.

Yığma ötən ay İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsindən sonra istirahətə buraxılmışdı.

Chosen
20
sportinfo.az

1Sources