EN

Azərbaycanda 38 kişi məişət zorakılığına məruz qalıb

Azərbaycanda məişət zorakılığına qarşı mübarizə ilə bağlı yeni fəaliyyət planı hazırlanır. Plana əsasən, ölkədə məişət zorakılığına məruz qalan şəxslərin məlumat bankı yaradılacaq.

Qeyd edək ki, məişət zorakılığı dedikdə qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması nəzərdə tutulur.

Bəs bu il Azərbaycanda neçə nəfər məişət zorakılığının qurbanı olub?

Modern.az mövzu ilə bağlı Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, 2024-cü ildə Komitəyə məişət zorakılığı ilə bağlı 486 müraciət daxil olub:

"Məişət zorakılığına məruz qalan şəxslər arasında qadın və uşaqlar çoxluq təşkil edir. Belə ki, cari ildə 38 nəfər kişi, 430 nəfər qadın 364 uşaq məişət zorakılığına məruz qalıb. Məişət zorakılığı törədənlər isə tərkibinə görə 438 nəfər kişi, 213 nəfər qadındır”.

Məlumatda qeyd olunub ki, komitəyə müraciət daxil olarkən dərhal icra olunur və müvafiq qurumlara yönləndirilir:

Chosen
13
16
demokrat.az

10Sources