EN

Fransa Ukraynanı Rusiya pulları ilə silahlandırır

Fransa dondurulmuş aktivlərdən əldə edilən gəlirdən istifadə edərək Ukraynaya silah tədarük etmək qərarına gəlib...

Fransa Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə edərək Ukraynaya zenit-raket kompleksləri və digər silahlar tədarük etmək niyyətindədir.

Poliqon xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.

“Fransa vergi ödəyiciləri Ukraynaya dəstəyimizi maliyyələşdirmək üçün yeni variantlar tapdığımızı bilməkdən məmnun olacaqlar. Önümüzdəki həftələrdə biz bu istiqamətdə tədbirlər görəcəyik, xüsusən də Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Kiyevə “Mistral” hava hücumundan müdafiə raketləri, eləcə də digər silahlar, o cümlədən İtaliya ilə birgə tədarük edəcəyik”, deyə Lekornu Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Fransanın müdafiə nazirlərinin görüşündən sonra bildirib.

Lekornunun sözlərinə görə, Fransa da Ukrayna əsgərlərinin təlimini davam etdirəcək və bunun üçün imkanları artırmağa hazırlaşır. Həmçinin Fransanın müdafiənaziri bildirib ki, bu yaxınlarda Ukraynanın “Kiyevli Anna” briqadasının Şampandakı təlim bazalarında təlim keçən 2300 əsgəri Ukraynaya geri göndərilib.

Poliqon.info

Chosen
20
3
poliqon.info

4Sources