EN

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40 % artıb" - Vergi rəsmisi

 

Azərbaycanda İKT sektorunun dəstəklənməsi üçün verilən təşviqlər nəticəsində son 1 ildə bu sahədə işçi sayı 29,1 %, əməkhaqqı fondu 39,7 %, dövriyyə isə 25,6 % artıb.

Missiya.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Bakıda keçirilən “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq, onun nəticələri” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, təşviqlər çərçivəsində 2023-cü ildən texnoparklardan kənarda fəaliyyət göstərən şirkətlərə də bir sıra vergi güzəştləri və imtiyazlar verilib.

"Bundan başqa, ötən il yanvarın 1-dən 3 il müddətinə İKT işçilərinin 8 000 manata qədər aylıq gəlirindən vergi tutulmur, 2026-cı ildən isə 7 il müddətinə aylıq gəlirin 5 %-i qədər vergi tutulacaq. Həmçinin, ötən il yanvarın 1-dən 10 il müddətində işçilərə məcburi dövlət sosial sığorta haqqını minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından ödəmək imkanı yaradılıb", - deyə vergi rəsmisi qeyd edib.

Chosen
3
3
missiya.az

6Sources