EN

KOBİA: "5 000 manata qədər olan bütün məhsulların ixracı gömrük ödənişlərindən azad ediləcək"

5 000 manata qədər olan bütün məhsulların ixracı gömrük ödənişlərindən azad ediləcək.

FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Zaur Qardaşov bu gün keçirilən "Turan E-Ticarət və İxracat Forumu" zamanı bildirib. 
"Kiçik və Orta Biznesinin İnkiaşfı Agentliyi yarandığı gündən elektron ticarətin inkişafına böyük töhfə verir. 

Bu istiqamətdə KOBİA , həm elektron ticarətin ölkələdə inkişafı üçün üçün, həm müvafiq qanunvericiliyin yaradılması üçün, həmçinin də innovativ alətlərin istifadəsinə dəstək olur. Startaplara dəstək olunmalıdır bu istiqamətdə sahibkarlara startap şəhadətnaməməsi təqdim edilir.

Qeyd edim ki, bu günə kimi 200-ə yaxın startapa startap şəhadətnaməsi verilib və bunlardan  30-u elektron ticərətə bağlı startaplar olub. Elektron ticərət iqtisadiyyatın önəmli sahələrindən biridir çünkü elektron ticarət özündə böyük bir ekosistemi birləşdirir. 

Bu ekosistem bütün şirkətləri özü ilə dartıb aparır, burda ödəmə sistemləri, logistika xidmətləri və s ön planda olur. 

Bu gün Big Four olan konsaltinq şirkətləri mütəmadi olaraq Turan ölkələrinin elektron ticərətlə bağlı proqnozlarını dərc eləyir. Aşağı yuxarı bu proqnozdan görünürki ortalama  2030-cı ilədək Turan ölkələrində hər il elektron ticərətin 30% artımı proqnozlaşdırılır. Biz dövlət qurumları bu rəqəmləri diqqətdə saxlamalıyıq və dövlət sektoru ilə özəl sektorun birgə işini təşkil etməliyik. 

Azərbaycan elektron ticarətin inkişafı istiqamətində bir sıra uğurlu layihələr icra edilməkdədir. Dövlət agentliyi olaraq bir başa elektron ticarət portalının yaradılması və fəaliyyətində iştirak etdiyimiz üçün bu sektorun problemlərini yaxından bilirik. 

Problemlərə toxunduqda demək istəyirəm ki, bu gün ticarətə mane olan amillərə gəldikdə əlavə gömrük prosedurlarının tətbiq olunmasıdır. 

Yeni qəbul olunacaq  qaydalara görə ümumi dəyəri 5 000 manata qədər olan bütün məhsulların ixracı gömrük ödənişlərindən və broker xidmətlərindən eyni zamanda digər ixrac zamanı olan ödənişlərdən sıfırlanacaq. Azərbaycan timsalında bu addım ticarəti inkişaf etdirən əsas amil olacaq. Bundan əlavə olaraq biz Turan ölkələri ilə ölkələrarası transsərhədlərdə ticarətlə bağlı anlaşmalar əldə etməyi planlaşdırırıq. Buda öz növbəsində məhsullarımızın Turan ölkələrində geniş mübadiləsinə imkanlar yaradacaq. "- deyə o öz çıxışında bildirib.

Chosen
13
fed.az

1Sources