EN

Rusiyada "Taliban"a qoyulan qadağa ləğv olunur

Rusiyada Talibana qoyulan qadağanın aradan qaldırılması ilə bağlı qanun layihəsi təqdim edilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Dövlət Duması məlumat yayıb.

Bir qrup senator və deputat Dövlət Dumasına təşkilatların, o cümlədən beynəlxalq təşkilatların Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından müvəqqəti çıxarılması haqqında 778284-8 saylı qanun layihəsi təqdim ediblər.

Qanun layihəsində deyilir ki, "təşkilatların vahid federal siyahısına daxil edilmiş təşkilatın, o cümlədən Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq terrorçu kimi tanınan xarici və beynəlxalq təşkilatların fəaliyyətinə qoyulan qadağa məhkəmənin qərarı ilə müvəqqəti olaraq dayandırıla bilər.

Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra terror təşkilatlarının siyahısına paralel dəyişikliklər ediləcək.

Qeyd edək ki, Rusiya "Taliban" hərəkatını Əfqanıstanda legitim hakimiyyət hesab edir. Rəsmi Moskva Rusiya ərazisində keçirilən beynəlxalq tədbirlərə "Taliban" hökumətinin nümayəndələrini dəvət edib, Rusiya rəsmiləri "Taliban" hökmüətinin üzvləri ilə dəfələrə görüşlər keçirib.

Nərmin Mahmudova
Milli.Az

Chosen
10
1
milli.az

2Sources