EN

Türk Dünyası ölkələrinin qardaşlıq bağları daha da güclənir

"Türk Dünyası ölkələri arasında əlaqələr intensiv olaraq inkişaf edir".

Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı ilə əlaqədar qht.az saytına bildirib. O, qeyd edib ki, adıçəkilən görüşdə Prezident İlham Əliyev diqqətəlayiq çıxış etmişdir:

"Prezidentin Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır fikiri türk xalqları arasında olan qardaşlıq münasibətlərinin daha da dərinləşdiyini göstərir. Dövlət başçısının Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkür etməsi də minnətdarlıq duyğusunun nümunəsidir".

Chosen
10
qht.az

1Sources